Mbappe gələn həftə bu kluba keçəcək
2023-07-01 19:33:00
PSJ klubunun hücumçusu Kilian Mbappe gələn həftə Madrid "Real"ının oyunçusu olacaq.
Bu barədə jurnalist Fransua Qallardo “Twitter” hesabında məlumat verib.
Tərəflər 24 yaşlı fransalı futbolçunun transferi üçün müqavilənin bütün şərtlərini razılaşdırıblar. Transferin məbləği barədə məlumat verilmir.
Qeyd edək ki, Mbappe 2017-ci ilin yayında “Monako”dan icarə əsasında PSJ-yə keçib. \\Offsideplus.az