📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mbappe PSJ ilə münasibətlərinə aydınlıq gətirdi

2022-10-17 19:09:00

Mbappe PSJ ilə münasibətlərinə aydınlıq gətirdi

Kilian Mbappe Fransa 1-ci Liqasının XI turunda "Marsel"lə oyundan sonra PSJ-dən ayrılmaq istədiyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

23 yaşlı hücumçu klubla arasında heç bir problemin olmadığını söyləyib:

"Qışda PSJ-dən ayrılmaq üçün müraciət etməmişəm. Kluba qarşı qəzəbli deyiləm, bu, doğru deyil".

Fransalı futbolçunun yanvar ayında Paris təmsilçisindən ayrılmaq istədiyini ilə bağlı xəbərlər yayılmışdı. 

Qeyd edək ki, PSJ - "Marsel" matçı 1:0 hesabı ilə başa çatıb. \\Offsideplus.az