Mbappe “Real Madrid”də yalnız bu şərtlərlə qalacaq
2026-10-11 20:10:23
Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) klubla yeni müqavilə imzalamaq üçün maliyyə şərtini irəli sürüb.
İnformasiyanı “TeamTalk” yayıb.
İspaniyalı jurnalist Dieqo Torres Romanonun iddiasına görə, 27 yaşlı futbolçu Madrid təmsilçisi ilə müqaviləsini yalnız illik 60 milyon avro xalis maaş qarşılığında uzatmağa razıdır.
Məlumata əsasən, Mbappenin əsas istəyi “Real Madrid”dən ayrılaraq İngiltərə Premyer Liqasında çıxış etməkdir. “Liverpul”un fransalı hücumçunun nümayəndəsi və anası Fayza Lamari ilə əlaqə saxladığı da bildirilir.
Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. (fanat.az)