Mbappe rekord qiymətə transfer edilir!
2022-04-13 19:38:00
Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe "Real" (Madrid) klubuna transfer edilməyə yaxındır.
"Kral klubu" 23 yaşlı forvardı bu yay sıralarına qatmağa hazırlaşır. "Real" Mbappe üçün qarşı tərəfə 100 milyon avro ödəyəcək.
La Liqa təmsilçisi gənc fransızın ilinə isə nə az nə çox, 50 milyon avro verəcək.
Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-nin uğurları üçün çalışır. \\Offsideplus.az