📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mbappeyə irqçi şüarlar səsləndirən azarkeşə ağır cəza verildi

2026-11-17 19:44:24

Mbappeyə irqçi şüarlar səsləndirən azarkeşə ağır cəza verildi

“Real”ın ulduz futbolçusu Kilian Mbappeyə qarşı irqçi şüarlar səsləndirən azarkeş 11 ay azadlıqdan məhrum edilib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytyı məlumat yayıb. 

Belə ki, ötən mövsüm “Real Oviedo”ya qarşı keçirilən matçda azarkeşlərdən biri Mbappeni irqçi şüarlarla təhqir etmişdi. Klubu isə bununla bağlı şikayət etmişdi. 

Bu gün isə həmin şəxs haqqında qərar verilib. Məhkəmənin qərarına əsasən o, 11 ay azadlıqdan məhrum edilib. Həmçinin başqa cəzalara da məruz qalıb. 

11 ay həbs cəzası sonradan 2 illik stadionlara getmək qadağası ilə əvəzlənib.