📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MBH üzvünün qohumu saxlanılmayıb - Rəsmi

2025-04-05 11:34:11

MBH üzvünün qohumu saxlanılmayıb - Rəsmi

Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin baldızının saxlanılması ilə bağlı məlumat yayılıb. 

Hurriyyet.az xəbər verir ki, həbsdə olan S.Babayevin yaxın qohumu olan Xəyalə Qurbanovanın Sabunçu RPİ 14-cü Polis Bölməsinə aparılması və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə iddialar var. 

İddialarla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, X.Qurbanova hər hansı polis orqanına dəvət olunmayıb və aparılmayıb.

Qafqazinfo.az