“McDonald’s” Rusiyadakı restoranlarını bağlayır
2022-03-08 22:59:00
Dünyaca məşhur “McDonald’s” restoranlar şəbəkəsi Rusiyada fəaliyyətini dayandırır.
“McDonald’s” Rusiyada müvəqqəti olaraq 850 restoranını bağlamaq haqqında qərar verib.
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatları səbəbindən fevralın 24-dən 215-dən çox beynəlxalq şirkət Rusiya bazarını tərk edib. \\Bakupost.az