📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“McDonalds”a qarşı qrup iddiası qaldırıldı

2024-10-30 23:28:33

“McDonalds”a qarşı qrup iddiası qaldırıldı

ABŞ-də istehlakçılar burgerlərində bağırsaq çöpləri aşkar edildikdən sonra “McDonald's”a qarşı qrup iddiası qaldırıblar.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Çikaqoda federal məhkəmədə açılan iddiada Amanda Makkrey və Uilyam Maykl Kraft “Royal Çizburger” aldıqdan sonra bağırsaq çöpləri ilə əlaqəli müxtəlif simptomlar yaşadıqlarını bildiriblər

İddiaçılar infeksiyaya yoluxmuş bütün amerikalılar üçün təzminat tələb ediblər.

Qeyd edək ki, oktyabrın 23-də ABŞ-də 49 nəfərin bağırsaq çöplərinə yoluxduğu bildirilib. Onların hamısı zəhərlənmədən əvvəl “McDonald's” burgerləri yeyiblər. Oktyabrın 25-də restoranlar şəbəkəsinə qarşı 50 min dollar məbləğində ilk məhkəmə iddiası məlum olub.