📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MDB rəsmisindən AÇIQLAMA: Dollar 2025-ci ilə qədər öz hegemonluğunu itirəcək

2022-03-30 13:43:00

MDB rəsmisindən AÇIQLAMA: Dollar 2025-ci ilə qədər öz hegemonluğunu itirəcək

MDB ölkələri arasında milli valyutalarla qarşılıqlı ticarətə keçid və hesablaşmaların dollarla aparılmasından yayınma əsaslıdır, deyə MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini - MDB-nin icraçı katibi Leonid Anfimov deyir.
“Dollar 2025-ci ilə qədər mövqelərini itirəcək, o zaman ən azı dünya iqtisadiyyatının inkişafına təsiri xeyli zəifləyəcək. 2030-cu ilə qədər dünya ehtiyat valyutası dollar olmayacaq”, deyə Anfimov bildirib.
O, həmçinin hesab edir ki, indiki dövrdə MDB ölkələri arasında qarşılıqlı ticarətdə onlara qarşı dostcasına rəftar etməyən ölkələrin valyutalarından milli valyutalarla ödənişə keçid  kifayət qədər haqlı və əsaslıdır.
Leonid Anfimov hesab edir ki, “ilk növbədə, dollar və avro əvəzinə yuan və digər valyutalar ehtiyat kimi istifadə oluna bilər”.

Ülviyyə, Hurriyyet.az