📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mebel sexindəki partlayışda 16 nəfər ölüb? - Rəsmi

2024-01-16 17:43:01

Mebel sexindəki partlayışda 16 nəfər ölüb? - Rəsmi

Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib:

"Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və bəzi media orqanlarında yayılmış həmin məlumatları təkzib edir”.