📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məcburi köçkünlərin məskunlaşdığı binada YANĞIN

2021-12-14 17:57:00

Məcburi köçkünlərin məskunlaşdığı binada YANĞIN

Mingəçevir şəhərində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada yanğın olub.

Hurriyyet.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.