Mədəndə partlayış oldu - 5 nəfər öldü
2022-04-20 20:30:00
Polşanın cənub-qərbində daş kömür mədənində metan qazından baş verən iki partlayış nəticəsində 5 nəfər ölüb.
Bu barədə Polşanın Baş naziri Mateuş Moravetssju hadisə yerində keçirdiyi brifinqdə bildirib.
"Dünyasını dəyişənlərdən əlavə, 7 nəfər mədənin keçidində qalıb. 20-dən çox şəxs isə ağır xəsarətlə hospitala yerləşdirilib”, - Baş nazir qeyd edib.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatı davam edir.\\Report