📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi

2026-08-22 15:23:39

MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) vəfatı ilə bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.