📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MEDİA vətəndaşları saxta kampaniyalara qarşı ayıq-sayıq olmağa çağırıb

2024-06-04 14:36:14

MEDİA vətəndaşları saxta kampaniyalara qarşı ayıq-sayıq olmağa çağırıb

Hurriyyet.az

Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır.

Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.

Bildirilib ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiber dələduzluq nümunəsidir.

Agentlik Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırıb./Azərtac