📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Medinski: Kiyev Ukrayna dövlətinin gələcəyinin Avstriya yaxud İsveç versiyasını təklif edir

2022-03-16 15:52:00

Medinski: Kiyev Ukrayna dövlətinin gələcəyinin Avstriya yaxud İsveç versiyasını təklif edir

Rusiyanın Ukrayna ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Kiyev danışıqlarda Ukraynada ordu baxımından silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edir.
“Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, ordunun silahsızlaşdırılmasından Ukrayna ordusunun sayına qədər bir sıra məsələlər müzakirə olunur. Ukrayna öz gələcək qquruluşu üçün neytral silahsızlaşdırılmış, lakin eyni zamanda öz ordusu və donanması olan dövlətin Avstriya, İsveç variantını təklif edir. Bütün bu məsələlər Rusiya və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”, deyə Medinski bildirib.
Medinski vurğulayıb ki, bu təkliflər iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur. Rusiya nümayəndə heyətinin rəhbəri onu da xatırladıb ki, Kiyev indi də neytral statusa malikdir.

Ülviyyə, Hurriyyet.az