Medinski Putinlə Zelenskinin nə vaxt görüşə biləcəyini söylədi
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə xəbər verir ki, RF Prezidentinin köməkçisi Vladimir Medinski Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün nə zaman mümkan olacağı barəsində açıqlama verib. İstanbulda keçirilən ikitərəfli danışıqlarda Rusiya heyətinə başçılıq edən Medinski bunun müqavilə hazırlanandan sonra mümkün ola biləcəyini söyləyib: “Dövlət başçılarının görüşü məsələsinə gəlincə, biz lap əvvəldən bunun mümkün olduğunu söyləyirdik. Bu, danışıqlar aparan nümayəndələrin və xarici işlər nazirlərinin üzərində işlədikləri müqavilənin imzalanmağa hazır olduğu zaman mümkün olacaq. Təklif edilən format belədir: əvvəlcə müqavilə hazırlanır, sonra danışıq aparanlar onu razılaşdırır, ardından xarici işlər nazirlərinin görüşündə təsdiqlənir. Bundan sonra bu müqavilənin imzalanması üçün dövlət başçılarının görüşünün mümkünlüyü müzakirə edilir. Bu sadə məsələ deyil, üstəlik, Ukraynada sülhün və təhlükəsizliyin təminatçısı olan dövlətlərin iştirakı ilə çoxtərəfli görüş keçirilə bilər”.
Hürr Tərcüman