📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Medisan Tibb Mərkəzi"nin rəhbərinin otağından 8750 manat pulu oğurlandı

2024-06-07 20:42:23

"Medikus Clinic"in İmişli filalında - "Medisan Tibb Mərkəzi"ndə oğurluq olub.

1977-ci ildə Ağdam rayonu, Mahrızlı kəndində doğulmuş Samir Novruzov (şərti) saxlanılıb. 

O, hadisəni 1 fevral 2024-cü il tarixədə törədib. Belə ki, Samir  MMC-nin klinikasına daxil olub və "buranın müdirinin adı nədir və haradadır" deyə soruşub. Bundan sonra klinikanın Vüqar adlı müdirinin xidməti otağına daxil olaraq, siyirmədə olan 8750 pulu oğurlayıb. 

Məhkəmənin qərarı ilə Samir Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.  \\Qaynarinfo