Medvedev Ermənistanın gələcəyindən yazıb
Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri medvedev "Rossiyskaya qazeta" nəşrində dərc olunmuş məqaləsində Ermənistanla Ukraynanı Avropa İttifaqında heç kimin gözləmədiyini, Qərbin bu ölkələri birliyə dəvət eləmək niyyətində olmadığını yazıb. Onun sözlərinə görə, Rusiya ilə Ermənistanın bütün mümkün ittifaqlarda iştirak ilə möhkəmlənən dostluğu Qərb ölkələrinin " gözünə ağ salırmış".
Medvedevin fikrincə, məhz buna görə də, Vaşinqtonla onun müttəfiqləri bütün qüvvələrini bu ittifaqın parçalanmasına yönəldərək, İrəvana "qızıldan dağlar" vəd ediblər.
Medvedev yazıb: "Yoldan çıxmağa dəyməz: belə vədlər — yalnız və yalnız neokolonial siçan tələsinin yemidir. Heç kim "seçilmişlər klubu"nun qapısını erməni xalqının üzünə açmaq niyyətində deyil. Neobanderovçulardan soruşun, Aİ-yə üzv ola bildilərmi? Yox, yaxın gələcəkdə buna nail ola bilməyəcəklər. Ümumiyyətlə, nə vaxtsa nail ola biləcəklərmi?"
Hürr Tərcüman