📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Medvedev Qəzzadakı xəstəxananın vurulmasını “hərbi cinayət” adlandırdı və “əsas müqəssir onlardır” deyə ittiham etdi

2023-10-18 11:17:57

Medvedev Qəzzadakı xəstəxananın vurulmasını “hərbi cinayət” adlandırdı və “əsas müqəssir onlardır” deyə ittiham etdi

Hurriyyet.az xəbər verir ki, RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qəzza sektorundakı xəstəxananın vurulmasını dəhşətli hərbi cinayət adlandırıb və buna görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Medvedev “Teleqram” kanalında yazıb: “Qəzza sektorundakı xəstəxanaya dəhşətli hücum sözsüz ki, hərbi cinayətdir. Yekun nəticədə, buna görə əsas məsuliyyəti müxtəlif ölkələrdə və müxtəlif qitələrdə olan müharibələrdən utanmazcasına qazanc götürənlər daşıyırlar. Öz Hərbi Sənaye Kompeksini yükləyərək, silahlara çox böyük pullar xərcləyənlər. Özlərinin demokratik dəyərlərin müdafiəsi üzrə qlobal missiyaları barəsində yalanları yayanlar. Amerika Birləşmiş Ştatları”.

Hürr Tərcüman