📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Medvedev: “Təyyarə-təyyarə oynamayın, Avropanın axırı gələr”

2023-08-22 12:51:39

Medvedev: “Təyyarə-təyyarə oynamayın, Avropanın axırı gələr”

Hurriyyet.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və ölkənin keçmiş prezidenti Dmitri Medvedev Ukraynaya F-16 təyyarələrinin verilməsi xəbərinə münasibətini bildirib.

Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Ukraynaya F-16 qırıcılarının göndərilməsi qərarından danışarkən,  “bu gün təkcə Ukrayna üçün yox, bütün Avropa üçün xeyirli bir gündür” sözlərini söyləyib.

Medvedev öz “Teleqram” kanalında  Berbokun natamam orta təhsilli olduğunu yazaraq, onun açıqlamasına belə reaksiya verib: “Ay uşaqlar, orada öz qumluğunuzda təyyarə-təyyarə oynamayın. Birdən növbəti belə “xeyirli günlərdən” biri Avropa üçün axırıncı gün olar”.

Hürr Tərcüman