Medvedev: "Ukraynanı da, NATO-nu da məhv etməli!"
2024-07-11 12:06:48
Hurriyyet.az xəbər verir ki, RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Ukraynanın NATO-ya daxil olmasına aparan dönməz yol"un həm bu ölkənin, həm də alyansın özünün məhv olması ilə nəticələnməsi üçün Rusiyanın əlindən gələn hər şeyi etməli olduğunu bəyan edib.
Medvedev öz "Teleqram" kanalında NATO sammitinin bəyanatından bir hissəni sitat gətirib: "Biz Ukraynanın Avro-atlantika inteqrasiyasına, NATO üzvlüyünə aparan dönməz yolunda onu dəstəkləməyə davam edəcəyik".
Sonra isə yazıb: "Nəticə aşkardır. Biz Ukraynanın "NATO-ya dönməz yolunun ya Ukraynanın, ya da NATO-nun məhv olması ilə nəticələnməsi üçün hər şeyi etməliyik. Ən yaxşısı isə - hər ikisinin məhv olmasıdır".
Hürr Tərcüman