📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Medvedyev və patronu özlərinə çox əmindirlər, amma..."

2022-02-26 23:49:00

"Vladimir Putin prezident kürsüsünü bir müddətə dostu Dmitri Medvedyevə ötürmüş, özü baş nazir olmuşdu. Medvedyevin müddəti bitəndən sonra kürsünü yenidən Putinə təhvil verdi və bu dəfə özü baş nazir oldu. Ancaq Putin bir az sonra anladı ki, Medveyedin iqtisadiyyatdan baş çıxmır, Nazirlər Kabinetini Mişustinə tapşırdı. Putin Mevdeyevi Təhlükəslzik Şurasının sədr müavini vəzifəsinə gətirdi. Putin Donbası “tanımaqla” bağlı Təhlükəsizlik Şurasının iclasını çağıranda Medvedyevə də söz vermişdi. Medvedyev qətiyyətlə bildirmişdi ki, Qərbin təzyiqlərindən çəkinmək lazım deyil, Rusiya üçün guya mənfi nəticəsi olmayacaq. “irəli” getmək lazımdır. Qərb Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsiylə bağlı sərt sanksiyalar planı hazırlayıb və reallaşdırmağa başlayıb. Vəziyyətin qəliz olduğunu anlayan Medvedyev indi isə deyir ki, “Qərbə simmetrik cavab veriləcək. Əcnəbilər və xarici şirkətlərin Rusiyadakı aktivlərinə analoji davranılacaq, onların əmlakı milliləşdiriləcək”".

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert hesab edir ki, Medvedyevin “simmetrik” cavab dediyi addımlar birinci növbədə Rusiya iqtisadiyyatına mənfi təsir edəcək: "Bu vəziyyətdə özünə hörmət edən hansı beynəlxalq şirkət Rusiyaya yatırım qoymaq istəyər, ortaq layihələr reallaşdırar? Medveydev Putinə ayı xidməti göstərir. Medvevdevin Qərbi hədələyici son cümləsi məhəllə hədəsini xatırladır: “Beləliklə, əyləncə yeni başlayır”".

"Medveyvev işğalı, hər iki tərəfin itkilərini, insanların faciəsini, iqtisadiyyatların dağıdılmasını “əyləncə” adlandırır. Bəs bu “əyləncə” nə qədər davam edəcək? Medvedyev bunun da cavabını özünəməxsus şəkildə verib: “Əməliyyat Putinin dediyi bütün nəticələr əldə olunana qədər davam edəcək”. Medvedyev və patronu özlərinə çox əmindirlər, ancaq işğala və qətliama görə hesab verəcəkləri gün uzaqda deyil" - E.Şahinoğlu vurğulayıb. \\Pravda.az