📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Medvedyev: Yoxsa Moldova doğrudan da Ukraynanın taleyini bölüşmək istəyir?

2024-08-02 14:17:04

Medvedyev: Yoxsa Moldova doğrudan da Ukraynanın taleyini bölüşmək istəyir?

1940-cı illərdəki aclıqda SSRİ-ni günahlandıran Kişinyovdakı hakimiyyət “Qolodomorun” rəsmi tanınmasından neonasist Ukraynanın yolu ilə gedir. Bu ifadəni Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev işlədib.

“Ukraynada 2006-cı ildə “Qolodomor nağılları”nın müvafiq qanun şəklində rəsmiləşdirilməsindən 2014-cü ildə ilk nasist batalyonunun, sonra isə “Azov” alayının və briqadasının yaradılmasına qədər olan yol10 ildən az vaxt apardı”, deyə Medvedev xatırladıb.

"Bütün bunlar - ölkənin faşistləşdirilməsi və cəmiyyətdə nifrət mühitinin yaradılması bir zəncirdəki halqalardır", deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bildirir.

"Və hər şey tarixlə oynamaqdan gəlir. Yeni müharibəyə düşməmək üçün düşünmədən onunla oynamaq olmaz. Yoxsa Moldova doğrudan da Ukraynanın taleyini bölüşmək istəyir?, deyə Medvedyev hədə-qorxu ritorikasını tamamlayıb.  

Ülviyyə, Hurriyyet.az