Medvedyevdən 2023-cü ilə dair SENSASSİON PROQNOZ - "AB DAĞILACAQ, ABŞ-DA VƏTƏNDAŞ MÜHARİBƏSİ BAŞLAYACAQ"
Rusiyanın sabiq baş naziri və prezidenti, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media hesabında 2023-cü ilə dair sensassion xarakterli proqnoz verib. Hurriyyet.az xəbər verir ki, Medvedyevin sosial mediada böyük əks-səda doğuran proqnozu Avropa və ABŞ üçün fəlakət ssenariləri ilə doludur.
Belə ki, "Hər kəs yeni il öncəsi proqnozlar verməyi xoşlayır" deyən Medvedyev ilk öncə proqnozlarına hazırda Rusiya ilə arasında gərginliyin artdığı Avropa qitəsindən başlayıb və Böyük Britaniyanın Avropa Birliyinə yenidən qoşulacağını, lakin Böyük Britaniyanın qayıdışı ilə ittifaqın dağılacağını iddia edib. Onun sözlərinə görə, Çexiya və Slovakiya kimi bölgələri əhatə edən "Dördüncü Reyx" (yeni Alman imperiyası) qurulacaq və Fransa ilə Dördüncü Reyx arasında müharibə başlayacaq: "Bu müharibənin sonu Polşada olacaq və bu ölkə müharibə tərəfləri tərəfindən bölünəcək".
Medvedyev ABŞ-ı da dağıdıcı proqnozlarından məhrum etməyib və yeni ildə ölkədə vətəndaş müharibəsinin başlayacağını bildirib. Rusiyalı siyasətçinin proqnozlarına görə, Kaliforniya və Texas müstəqilliklərini elan edəcək, Texas və Meksika ortaq ittifaqa girəcək: "Elon Musk vətəndaş müharibəsinin sonunda səhnəyə çıxacaq. Respublikaçılara qoşulan İlon Mask bəzi ştatlarda prezident seçkilərində qalib gələcək".
Hurriyyet.az