Məğrur Bədəlsoy Baş Prokurorluğun qaynar xətlərindən narazıdır: QARABAĞ QAZİSİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT
2022-03-18 13:30:00
1-ci dərəcəli Qarabağ qazisi, jurnalist Məğrur Bədəlsoy Ağamalı oğlu "Hürriyyət"ə şikayət məktubu göndərib. O ölkə rəhbərliyinə müraciət edərək bildirir ki, Baş Prokurorluğun qaynar xətt nömrələri şikayətləri qeydə almaqdan imtina edir:
"Faylda şikayətimi əlavə edib, özbaşınalığa son qoymağınızı, şikayətin araşdırılmasını təmin etməyinizi diləyirəm. Dövlət telefon qaynar xətlərinin , korrupsiyaya qarşı mübarizəyə qarşı effektiv, operativ reaksiya üçün təşkil olunmasını Baş prokurorluq bilmir? Bunların heç bir nömrəsi işləmir. Nəyə lazımdır bu xətlər? Sizdən şikayətimin nəzarətə götürülməsini və obyektiv araşdırılmasını təmin etməyinizi diləyirəm".
YƏHYA