📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhbus üçün gizlicə telefon gətirdi yaxalandı

2026-08-28 22:02:48

Məhbus üçün gizlicə telefon gətirdi yaxalandı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur", - Ədliyyə Nazirliyinin məlumatında bildirilib.