📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mehdiyev ərizəsini nə vaxt təqdim edəcək? – Rəsmi

2022-02-17 13:04:00

Mehdiyev ərizəsini nə vaxt təqdim edəcək? – Rəsmi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb.

Hurriyyet.az xəbər verir ki, bunu Report-a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən - fevralın 16-da işə çıxıb:

"O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə, bu gün o, istefa ərizəsini Prezident İlham Əliyevə təqdim edəcək".