📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MEHDİYEVİN EVİNDƏN 17 MİLYON ÇIXIB - Əməliyyat görüntüləri + VİDEO

2026-02-12 13:48:22

MEHDİYEVİN EVİNDƏN 17 MİLYON ÇIXIB - Əməliyyat görüntüləri + VİDEO

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi açıqlanıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda bu barədə qeyd edilib.

Məlum olub ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

DTX-nin yaydığı videoda keçmiş administrasiya rəhbərinin evində aparılmış əməliyyatın görüntüləri də yer alıb.