📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhəmməd Salahın "Liverpul"dakı taleyinə aydınlıq gəlib

2022-05-25 23:08:00

Məhəmməd Salahın

Misir millisinin futbolçusu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubundan ayrılmayacaq.

30 yaşlı hücumçu bu barədə İspaniya "Real Madrid"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının final oyunundan öncə mətbuat konfransında açıqlama verib.

Təcrübəli forvard bildirib ki, növbəti mövsümdə də Mersisayd təmsilçisinin formasını geyinəcəyini bildirib.

Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"la 2023-cü ilin yayınadək müqaviləsi var.\\Ölke.az