📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhəmmədəli Əliyevin 8.6 milyon manatlıq şirkəti məhkəməlik oldu

2023-11-27 23:56:59

Məhəmmədəli Əliyevin 8.6 milyon manatlıq şirkəti məhkəməlik oldu

“Taleh A.T” Müəssisəsi məhkəməlik olub.

Hurriyyet.Az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə (Yol Hərəkəti Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmış protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilib.  Hazırda məhkəmə işi hakim Hafiz Kamranovun icraatındadır. 

Bildirək ki, yol-tikinti şirkəti olan "Taleh-AT" Müəssisəsinin nizamnamə kapitalı 8633200 AZN-dir, qanuni təmsilçisi isə Əliyev Məhəmmədəli Heydər oğludur. Məhəmmədəli Əliyev 1997-ci ildən “Taleh-A.T.” müəssisəsində direktor vazifəsində çalışır. 

 

Mənbə: 32gun.az