📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhkəmə Ata Abdullayevlə bağlı QƏRAR VERDİ

2022-03-29 19:59:00

Məhkəmə Ata Abdullayevlə bağlı QƏRAR VERDİ

Bakı Apellyasiya Məhkəməsində bloger Ata Abdullayevin şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. \\APA