📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

2026-11-22 22:16:40

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

Hurriyyet.net xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Həmçinin hakimlər barəsində intizam icraatı üzrə işlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bununla yanaşı, Şuranın fəaliyyətinə dair cari məsələlər, o cümlədən Şura üzvlərindən ibarət Etik davranış üzrə Etika Komissiyasının tərkibinin formalaşdırılması məsələsi müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.