📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhkəmə iddiaları ilə vacib açıqlama:"Atılan addım..."

2022-05-31 15:23:00

Məhkəmə iddiaları ilə vacib açıqlama:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra şirkət və firmalara qarşı qaldırdığı məhkəmə iddiaları ilə bağlı son günlər bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

Hurriyyet.az xəbər verir ki, açıqlamada deyilir ki, iddialara səbəb tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi və qanunvericiliyə uyğun olaraq yeni icarə müqavilələrinin bağlanması tələbinə riayət edilməməsidir.

"Atılan addım icarə müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə əməl edilməsinə xidmət edir", - deyə Dövlət Xidməti bəyan edib.

 Report.az