📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MƏHKƏMƏ QƏRAR VERDİ – Tramp Carolla 5 milyon dollar təzminat ödəyəcək

2023-05-10 14:36:00

MƏHKƏMƏ QƏRAR VERDİ – Tramp Carolla 5 milyon dollar təzminat ödəyəcək

Manhetten böyük münsiflər heyəti ABŞ-nin sabiq Prezidenti Donald Trampı E. Jean Carroll adlı yazar qadına təcavüz etməkdə və böhtan atmaqda təqsirli bilib.

Hurriyyet.az xəbər verir ki, təxminən 2,5 saatlıq müzakirədən sonra münsiflər heyəti Carollun xeyrinə qərar qəbul edib.

Münsiflər heyəti bildirib ki, Tramp Carolla cinsi təcavüzə görə 2 milyon dollar, böhtana görə isə 3 milyon dollar olmaqla, ümumilikdə 5 milyon dollar təzminat ödəməlidir.

Qərarın açıqlanmasından bir neçə dəqiqə sonra Tramp sosial media hesabından paylaşım edib. O, bu qərarın “utancverici” olduğunu bildirib

“Bu qadının kim olduğu barədə heç bir fikrim yoxdur. Bu qərar utancvericidir”,-deyə Tramp bildirib.

Məlumat üçün qeyd edək ki, yazar E. Jean Carroll daha öncə Trampın 1996-cı ilin yazında Nyu Yorkdakı “Bergdorf Goodman” mağazasının soyunub-geyinmə otağında ona cinsi təcavüz etdiyini bildirib.

Tramp isə “O qadın mənim tipim deyil” deyərək, ittihamları rədd etmişdi.

AzPolitika.info