📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhkəmə rüşvətə görə tutulan gömrük generalını həbsdə saxlayıb - TƏFƏRRÜAT

2022-06-30 16:54:00

Məhkəmə rüşvətə görə tutulan gömrük generalını həbsdə saxlayıb - TƏFƏRRÜAT

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.

Hurriyyet.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ehtiram Xəlilov barəsində birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. (APA)