📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhkəmə Tonoyanla bağlı qərar verdi

2021-11-29 15:00:00

Məhkəmə Tonoyanla bağlı qərar verdi

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan daha iki ay həbsdə qalacaq.

Hurriyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında onun vəkili Sergey Ovannisyan deyib.

Qeyd edək ki, David Tonoyan müdafiə naziri olarkən silah qaçaqmalçısı David Qalstyanla birgə 4,5 milyon dollara yaxın pul mənimsəməkdə ittiham olunur.