📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhkəmədən İbrahim Tatlısəslə bağlı həbs QƏRARI

2021-09-23 12:57:00

Məhkəmədən İbrahim Tatlısəslə bağlı həbs QƏRARI

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin rəhbəri olduğu “Tatlısəs” kanalının direktoru Fulya Akbayı təhqir etməsilə bağlı keçirilən məhkəmə başa çatıb.

Hurriyyet.az xəbər verir ki, məhkəmə Tatlısəsə 2 ay 15 gün həbs cəzası verib.

Məhkəmənin qərarına görə, müğənni bundan başqa Akbaya 740 lirə pul cəriməsi də ödəyəcək.

Qeyd edək ki, İbrahim Tatlısəsin sahibi olduğu “Tatlısəs” telekanalının müdiri Fulya Akbay may ayında müğəninin onun şəxsiyyətini təhqir etdiyini və hədə-qorxu tipli mesajlar göndərdiyini iddia etmişdi.

Akbay məhkəmədən Tatlısəsin 4 il müddətində azadlıqdan məhrum olunmasını tələb etmişdi.