📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mehman Xəlilov qanun qarşısında cavab verəcək - Nazirlik

2023-05-02 16:42:00

Mehman Xəlilov qanun qarşısında cavab verəcək - Nazirlik

Son günlər mətbuatda məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranmasını əks etdirən videogörüntülər yayılıb.

Hurriyyet.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi bununla bağlı məlumat paylaşıb.

“2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.

Məlumatda hadisə ilə bağlı cinayət işinin qaldırıldığı və məşqçi M.Xəlilovun hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanıldığı və azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxsin qanun qarşısında cavab verəcəyi qeyd olunub.