Mehriban Rəhimliyə hökm oxundu
2026-10-07 14:07:33
ABŞ-nin “German Marşal Fondu”nun məsləhətçisi Mehriban Rəhimlinin məhkəmə araşdırması başa çatıb.
Hurriyyet.net məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
M.Rəhimli Baş Prokurorluğun qeyri-hökumət təşkilatları ilə bağlı apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunur.
Məhkəmə Mehriban Rəhimlini verilmiş ittihamlarda təqsirli bilib. Ona həbs deyil, 4 il sınaq müddəti seçilməklə, 7 il 6 ay şərti cəza verilib.
Xatırladaq ki, bundan əvvəl başqa bir neçə tanınmış şəxs də QHT işi çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib.