📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Məhv olacaq!" - Medvedevdən İsrailə SƏRT XƏBƏRDARLIQ

2022-10-17 14:49:00

İsrail Ukraynaya silah tədarük etsə, Rusiya-İsrail dövlətlərarası münasibətləri məhv olacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

“İsrail, deyəsən, Kiyev rejiminə silah tədarük etməyə hazırlaşır. Bu ehtiyatsız addımdır. Ölkələrimiz arasında bütün dövlətlərarası münasibətləri məhv edəcək. Bandera həvəskarlarının nasist olduğu və elə də qaldığı həqiqətindən danışmıram. Sadəcə müasir əlaltılarının simvolikalarına baxmaq kifayətdir. Əgər onlara silah verilərsə, o zaman İsrailin Bandera və Şuxeviçi öz qəhrəmanları elan etməsinin vaxtı çatıb", - Medvedev qeyd edib.(APA)