Məkkə yaxınlığında PUA vurulduğunu açıqladı
2026-11-03 21:42:22
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələri Məkkə şəhəri yaxınlığında pilotsuz uçuş aparatını (PUA) vurub.
Hurriyyet.net xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib.
“Hava hücumundan müdafiə qüvvələri Məkkə yaxınlığında bir PUA-nı ələ keçirib”, - o yazıb.
Digər tərəfdən, Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının sözçüsü Yəhya Səri “X” platformasında bildirib ki, husilər Səudiyyə Ərəbistanı ərazisinə heç bir zərbə endirməyiblər. O, koalisiyanın bu iddiasını rədd edib.