Meksikalı diplomatlar Azərbaycan vasitəsilə təxliyə olundular
2026-03-09 19:25:25
“Astara” Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir.
Hurriyyet.info Teleqraf-a istinadən xəbər verir ki, sərhəd-keçid məntəqəsindən 7 nəfərdən ibarət meksikalı diplomatlar və onların ailə üzvlərindən ibarət heyət təxliyə olunub.
Onlar sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.