📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəb direktorları və müavinlərinin maaşları artırıldı - QƏRAR

2022-01-17 20:20:00

Məktəb direktorları və müavinlərinin maaşları artırıldı - QƏRAR

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və müavinlərinin maaşları artırılıb.

Hurriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyənləşib.

Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.