📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəb direktoru 63 minlik mənimsəmədə ittiham olunur

2023-10-19 13:56:15

Məktəb direktoru 63 minlik mənimsəmədə ittiham olunur

1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru Əmrah Səfərov barəsində cinayət işi başlanılıb.

Ə.Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunur. Onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.

qafqazinfo.az