Məktəb divarı uçdu - Xəsarət alanlar var
2021-10-30 19:12:00
İranda məktəb divarı aşıb, xəsarət alanlar var.
İranın Gülüstan əyalətində Əliabad-e Kətul şəhərində məktəbin divarının uçması nəticəsində 7 şagird və 3 müəllim xəsarət alıb.
Hadisənin bu gün səhər məktəbin yaxınlığında aparılan tikinti işləri səbəbindən baş verdiyi bildirilir.
Yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. \\Manşet.az