📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəb və bağçalarda bərpaolunan enerjidən istifadə məcburi ola bilər

2026-11-16 19:53:46

Məktəb və bağçalarda bərpaolunan enerjidən istifadə məcburi ola bilər

Dövlət məktəbləri və bağçalarında bərpaolunan enerjidən istifadənin məcburi olması təklif edilir.

Oxu.Az xəbər verir ki, bunu deputat Sadiq Qurbanov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, büdcə vəsaitlərinin səmərəli istifadəsi və nəzərdə tutulan tədbirlərin nəticələrinin yüksəldilməsi məqsədilə dövlət büdcəsi hesabına tikilən məktəb, bağça və digər tikililərdə enerjisəmərəliliyi və bərpaolunan enerjinin istifadəsi mühüm, əsas şərt kimi ortaya qoyulmalıdır:

"Ətraf mühitin mühafizəsinə ayrılan vəsaitin, xüsusilə çirkab sularının yığılması və təmizlənməsinə nəzərdə tutulan məbləğin istifadəsində tənzimlənən suyun həcminin, xidmət əhatəsinin və ekoloji nəticələrin əsas qiymətləndirmə meyarı kimi götürülməsi yaxşı olardı. Həmçinin ​Qarabağ və Şərqi Zəngəzurda quruculuq layihələri üzrə ayrılan vəsaitin icrasına ekoloji səmərəlilik göstəricilərinin daxil edilməsi, xüsusilə su və enerji sərfiyyatının, tullantıların idarə olunmasının nəticələrinin qiymətləndirilməsini təklif edərdim".