📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

2021-10-21 16:16:00

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA.az