Məktəbdə kütləvi zəhərlənmə - 10-a yaxın şagird xəstəxanaya yerləşdirilib
2026-02-17 10:57:47
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.
Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.
Məktəbdən APA-ya verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.