📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbdə şəhid polkovnik-leytenantın rütbəsi yazılarkən səhvlərə yol verilib - YENİLƏNİB

2021-11-05 22:43:00

Məktəbdə şəhid polkovnik-leytenantın rütbəsi yazılarkən səhvlərə yol verilib - YENİLƏNİB

Göyçay rayonunda yerləşən məktəbdə xatirə lpvhəsində rütbəsi səhv yazılan hərbçinin ailəsi məsələyə aydınlıq gətirib. 

Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun qayınatası Arzu Burcalıyev Oxu.Az-a açıqlamasında bildirib ki, xatirə lövhəsi vurulmazdan əvvəl rütbənin yazılışındakı orfoqrafik səhvdən məlumatlı olublar:

“Xatirə lövhəsini hazırlayan rəssam orada polkovnik sözünü “palkovnik” olaraq yazıb. V.Xəlilovun anası oğlunun xatirəsinə vurulacaq lövhənin onun şəhadətinin il dönümünə qədər hazırlanmasını istəyib. Xatirə lövhəsi vurulmazdan öncə rütbənin səhv yazıldığını bilirdik. 

İcra Hakimiyyətinin nümayəndələri lövhənin bu şəkildə asılmasına icazə vermirdilər. Dedilər ki, gözləyin, düzəldilsin, sonra açılış edilsin. Lakin, şəhidin anasının təkidi ilə o şəkildə asıldı, açılış edildi. Lakin çox qısa zamanda həmin səhv düzəldiləcək, artıq bununla bağlı iş gedir”.

17:56

Göyçay rayonunda yerləşən məktəbdə hərbçinin rütbəsi səhv yazılıb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Göyçay şəhər 3 saylı tam orta məktəbdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun xatirə lövhəsində orfoqrafik səhvlərə yol verilib və onun rütbəsi – “palkovnik leytenant” kimi qeyd edilib. \\Oxu.Az