📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbdə tualet olmadığını deyən müəllim ağladı: "Övladlarım yazıqdır" - VİDEO

2023-01-11 16:53:00

Məktəbdə tualet olmadığını deyən müəllim ağladı:

İmişli rayon Aranlı kənd 1 saylı orta məktəbdə tualet olmaması barədə məlumata yayan müəllim yeni görüntülər paylaşıb.

Hurriyyet.az xəbər veri ki, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva növbəti paylaşımda izləyicilərə müraciət edərək, onun lehinə olan aksiyanı dayandırmağı xahiş edib. Müəllim videonu ağlayaraq, çəkib.

L. Nəcəfquliyevanın sözlərinə görə, baş verənlərə görə, artıq məktəbdə narahat olur. O, sosial şəbəkələrdə lehinə aparılan aksiyanı dayandırmağı, hətta onu pisləməyi təklif edib. Əks halda xoşagəlməz hallar yaşayacağını bildirib.Qeyd edək ki, L. Nəcəfquliyeva məktəbdə ayaqyolu olmadığını deyərək, dərsi boykot edib. Bundan sonra ona məktəb tərəfindən töhmət verilib. Baş verənlər sosial şəbəkələrdə və mediada geniş müzakirə edilmiş və səs-küyə səbəb olmuşdu.

Görüntüləri təqdim edirik: